XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

21 Mart 2016 - 16:35

Ötən il Hindistandan Azərbaycana2647,6 ton ət gətirilib

2015-ci ildə Azərbaycana mal, qoyun, donuz və keçi əti idxalı 14,3% artıb.

Bu göstərici qiymət ifadəsində cəmi 12,9% artıb. 2015-ci ildə Hindistandan Azərbaycana 2647,6 ton, Ukraynadan 1310 ton ət gətirilib.

«Turan» agentliyinin məlumatına əsasən, Hindistan mənşəli ətdən əsasən fast-fudlarda, Ukrayna ətindən McDonalds-larda istifadə edilir.

Statistik məlumatlarda o da bildirilir ki, ötən il Azərbaycana 71,8 min baş iri və xırda buynuzlu mal-qara idxal edilib. Bu, 2014-cü ildəkindən 120 min baş azdır.

2015-ci ildə xaricdə 12670 baş cins mal-qara alınıb. Almaniyadan 5190, Avstriyadan 1499, Macarıstandan 907, Rusiyadan 4252 baş iri buynuzlu mal-qara idxal edilib.