XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2020 - 11:12

Yaxın gələcəkdə neft bazarında əlavə ciddi bir ləngimə gözlənilmir –IEA

Neft bazarında olduqca böyük bir qeyri-müəyyənlik var, lakin önümüzdəki aylarda əlavə bir ciddi yavaşlama gözlənilmir.

Bunu “Reuters”ə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) Enerji Bazarları və Təhlükəsizliyi üzrə direktoru Keysuke Sadamori deyib.

O bildirib ki, bazarda tezliklə real güclü artımın olacağı gözlənilməsə də, tələb üzrə proqnoz üç ay əvvəl ilə müqayisədə daha sabitdir.

Qeyd edək ki, avqustun 13-ü IEA bazarda neftə olan tələbat üzrə proqnozunu endirmişdi və azalan aviareyslərin tələbatın gündəlik 8,1 mln. barel azala biləcəyini bildirmişdi. (apa)