XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2020 - 16:54

Azərbaycan Gürcüstan vasitəsilə neft məhsullarının nəqlini artırıb –“Gürcüstan dəmir yolları”

Bu ilin I yarısında Gürcüstanın dəmir yolları vasitəsilə 1,456 milyon ton neft məhsulu daşınıb.

Bu barədə “Gürcüstan dəmir yolları” SC-dən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə həcm 0,4% artıb.

Yanvar-iyunda qonşu ölkənin dəmir yolları ilə nəql olunan neft məhsullarının 30%-i Azərbaycanın payına düşüb ki, bu da illik müqayisədə 4% çoxdur.

Rusiyanın daşınmalardakı payı 24%-dən 26%-dək,Türkmənistanın payı 13%-dən 21%-ə qədər artıb, Qazaxıstanın payı isə 13%-dən 8%-ə qədər azalıb.

Hesabat dövründə daşınan neft məhsullarının böyük hissəsini 41% olmaqla dizel yanacağı təşkil edib. (report)