XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Sentyabr 2020 - 13:06

Nazir:"Rəşt-Astara dəmiryol layihəsi 48 aya başa çatacaq"

Rəşt-Astara dəmir yolu layihəsi 48 aya başa çatacaq.

Bunu İranın Yol və Şəhərsalma naziri Məhəmməd İslami deyib.

O qeyd edib ki, Şimal-Cənub dəhlizində yerləşən Rəşt-Astara dəmiryol layihəsi ən ağır layihələdən biridir: “Dəmir yolu xəttinin keçid ərazisinin fərdi şəxslərə məxsus olması və layihənin böyüklüyü onun icrasını çətinləşdirir. Lakin buna baxmayaraq, layihə hazırda icra olunur”.

M. İslami layihənin icrası üçün 48 ay vaxt təyin olunduğunu bildirib və qeyd edib ki, İran daxili imkanları və birja vasitəsilə layihənin icrası üçün lazım olan vəsaiti təmin etmək niyyətindədir.

Nazir həmçinin İran iqtisadiyyatında kombinə edilmiş yük daşımalarının əhəmiyyətinə toxunub və bildirib ki, bu gün İran əldə etdiyi razılaşmalar vasitəsilə ölkə iqtisadiyyatının ehtiyaclarını kombinə edilmiş yüklərlə təmin edib.

“Hazırda biz yükləri Kaspian, Əmirabad və Ənzəli limanları vasitəsilə beş dəmir yolu xəttinə daşınır. Yüklər Avrasiya ölkələrinə nəql olunur. Biz bu yolları daha da inkişaf etdirmək istəyirik” – deyə M. İslami bildirib/APA