XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 08:47

OPEK-in baş katibi:“Dünya bazarlarında qiymətlər tədricən yüksələcək”

abdla

Dünya bazarlarında xam neftin qiymətinin kəskin düşməsindən sonra Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) tədricən bazarlarda qiymətlərin sabitləşəcəyi qənaətindədir.

Bu fikirlərin martın 21-də Vyanada keçirilən Avropa İttifaqı – OPEK Enerji Dialoqunun 12-ci yüksək səviyyəli toplantısında OPEK-in Baş katibi Abdalla Salem əl-Badri söyləyib. Avropa İttifaqının iqlim fəaliyyəti və enerji üzrə komissarı Miqel Arias Kanete ilə görüşdən sonra əl-Badri bildirib ki, dünya bazarlarında qiymətlər tədricən yüksələcək və bu trend davam edəcək.

Onun sözlərinə görə, OPEK ölkələri neft hasilatının həcmində dəyişiklik aparılması ətrafında müzakirələr aparmaq üçün aprelin 17-də Qətər Əmirliyində toplantı keçirəcək. Toplantıda təşkilata üzv 13 ölkə ilə yanaşı, neft hasilatçısı olan bir neçə qeyri-OPEK ölkəsinin nümayəndələrinin iştirakı da gözlənilir.