XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2020 - 11:08

Dövlət Departamenti:"BTQ Gürcüstanın tranzit perspektivlərini genişləndirib"

Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanın tranzit perspektivlərini genişləndirib.

Bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanın investisiya mühiti ilə bağlı 2020-ci il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, tranzit və logistika Gürcüstan üçün prioritet sektorlardır: “Gürcüstan Şərq və Qərb arasında artan ticarətdən faydalanmağa çalışır”.

Hesabatda Anaklia dərin dəniz limanı layihəsinin həyata keçirilməsi ilə bağlı gecikmələrin olduğuna da toxunulub: “Gürcüstan hökuməti 2020-ci ildə “Anaklianın İnkişaf Konsorsiumu” ilə müqaviləyə layihə üçün tələb olunan kapitalın səfərbər olunmaması səbəbindən xitam verib. Buna baxmayaraq, hökumət dəniz limanının inşasına sadiq qaldığını və layihə ilə bağlı təkrar tender elan edəcəyini bildirib”/Report.