XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 10:02

Rusiyadan buğda almaq sərf eləmir:Ucuz rubl problem yaradır

 

buqda

Bu ilin 2 ayında Azərbaycana 16,2 milyon dollar qiymətində buğda idxal edilib. Bu, 2015-ci ilin eyni dövründəkindən 6,7 dəfə azdır.

Bu barədə Gömrük Komitəsinin hesabatında bildirilir. İdxalın fiziki həcmi barədə məlumat verilmir. (Turan)

Unüyüdən kombinatı olan  idxalçı şirkətlərin birində bildiriblər ki, tədarükün kəskin azalmasına səbəb Rusiyada dollar ifadəsində alış qiymətlərinin artmasıdır. "Əgər 20 gün əvvəl Rusiya buğdası gömrük sərhəddində  təhvil vermək şərti ilə tonuna görə 163 dollara təklif edilirdisə, bu gün qiymətlər 180 dollara çatıb. Bu qiymətlərlə un və çörəyin pərakəndə qiyməti istehsalçılar üçün ziyanlı olacaq", – deyə mənbə bildirib.

Eyni zamanda, şirkətdə qeyd ediblər ki, ölkədə buğda ehtiyatı kifayət qədərdir və hazırkı qiymətlərə baxmağa ehtiyac yoxdur. "Hər şey Rusiya rublunun məzənnəsindən asılı olacaq".

2015-ci ildə Azərbaycan xaricdən ümumi dəyəri 296,8 mln dollar olan 1 mln 353 ton buğda alıb.