XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2020 - 23:08

Avropa Mərkəzi Bankı kreditlər üzrə faiz dərəcəsini dəyişməz saxlayıb

Avropa Mərkəzi Bankı kreditlər üzrə baza faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, müvafiq qərar Bankın İdarə heyətinin iclasında qəbul edilib.

Beləliklə, avrozonada faiz dərəcəsi növbəti dəfə dəyişməz qalıb.

Bundan başqa, əmanətlər üzrə dərəcələr və Avropa Mərkəzi Bankının qısmüddətli kreditlər üzrə faiz dərəcələri dəyişdirilməyib. Əmanətlər üzrə dərəcələr mənfi 0,5, qısamüddəli kreditlər üzrə faiz dərəcələri isə 0,25 faiz səviyyəsində qalıb.