XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2020 - 21:07

Azərbaycan təbii qaz ixracından gəlirini 19% artırıb –Dövlət Gömrük Komitəsi

Bu ilin yanvar-avqust aylarında Azərbaycan, gömrük bəyannamələrinə əsasən, 9 milyard kubmetr təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, bu həcmdə qazın dəyəri 1,7 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə “Mavi yanacaq” ixracının həcmi ötən ilin eyni dövründəkindən 21,3%, dəyəri isə 19,8% çox olub.

8 ay ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,2% təşkil edib.