XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 19:54

Meyvə-tərəvəz ixracı artıb –DGK

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə dəyəri 376 252,12 min ABŞ dolları dəyərində 372 967,67 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ötən ilin yanvar-avqust ayları ilə müqayisədə ixrac olunan meyvə-tərəvəzin dəyəri 4%, həcmi isə 2,2% artıb.

Qeyd edək ki, yanvar-avqustda Azərbaycandan ixrac olunan meyvə-tərəvəz məhsullarını əsasən tomat, meşə fındığı, alma və xurma təşkil edib.

Hesabat dövründə 167 039,27 min dollar dəyərində 154 119,49 ton tomat ixrac edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq 18% və 15,6% çoxdur.

Cari ilin yanvar-avqust ayları ərzində 60 657,37 min dollar dəyərində (14,4% azalma) 9 930,85 ton (azalma 29,8%) meşə fındığı ixrac olunub.

Ölkədən həmçinin 11 950,85 min dollar dəyərində 28 252,97 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 36%, həcm isə 37,5% azalma müşahidə olunub.

Bu ilin səkkiz ayı ərzində ölkədən 14 135,93 min dollar dəyərində (22% azalma) 17 947,06 ton (azalma 24,7%) xurma ixrac olunub.