XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2020 - 20:46

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası oldu –Hesabat

Bu gün Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib. 

Nazirlər Kabinetindən Strateq.az-a verilən məlumata görə, iclasda AİH-in Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Prezidentinin 07 avqust 2020-ci il tarixli fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.

AİH-in fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.