XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 16:40

İƏİT-in baş iqtisadçısı:"Pandemiyaya görə dünya iqtisadiyyatına dəyən ziyan 7 trilyon dollara çatacaq"

Koronavirusun yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2021-ci ilin sonuna qədər 7 trilyon ABŞ dolları təşkil edəcək.

Bu qiymətləndirməni İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) baş iqtisadçısı Lorans Bun “Les Echos” qəzetinə verdiyi müsahibədə açıqlayıb.

“2021-ci il üçün proqnozlarımızı dəyişdirməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətli bərpa olunmayacaq. Virusla hələ bir çox ay yaşayacağıq. 2021-ci ilin sonuna qədər qlobal ÜDM 7 trilyon ABŞ dolları itirəcək. Bu ciddi sarsıntıdır”, – o deyib.

Qeyd edək ki, İƏİT çərşənbə günü yaydığı hesabatda koronavirusun yayılması ilə bağlı vəziyyətin müsbətə doğru dəyişəcəyi halda 2020-ci ildə dünya ÜDM-nin azalma göstəricisinin əvvəlcədən proqnozlaşdırıldığı kimi 6% deyil, 4,5% ola biləcəyini qeyd edib.

Təşkilatdan yeni hesabatında 2020-ci ildə qlobal istehsalda azalmanın gözləniləndən daha az olduğu, lakin ən yeni tarix üçün görünməmiş hal olduğu vurğulanır. İƏİT-dən bildiriblər ki, məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsindən və müəssisələrin yenidən işə başlamasından sonra istehsal həcmləri sürətlə artıb, lakin yay aylarında qlobal bərpa sürəti bir qədər yavaşlayıb/Report