XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 20:55

OPEC:"Neft hasilatının ixtisarı ilə bağlı kompensasiya məsələsi qaldırılmayacaq"

OPEC+ formatı çərçivəsində Nazirlər Monitorinq Komitəsinin bugünkü iclasında hasilatın ixtisarına dair kvotalarını əvvəlki dövrdə yarımçıq yerinə yetirmiş ölkələrdən bunun əvəzini çıxmaq barədə tələb qoyulmayacaq.

TASS xəbər verir ki, iclasın qərar layihəsində sadəcə kvotalara əməl etmək barədə ümumi tövsiyələr yer alıb:

“Komitə razılaşmalara əməl edərək artıq hasilata kompensasiyanın vacibliyini bir daha təsdiqləyir. Bu, neft bazarında tarazlığı və sabitliyi bərpa etmək üçün zəruridir”.

Xatırladaq ki, komitənin avqust ayında keçirilmiş əvvəlki görüşü zamanı gündəlik 2,3 milyon barel həcmində kvotadan artıq hasilata avqust-sentyabr ayları ərzində tam şəkildə kompensasiya olunacağı qərarlaşdırılmışdı. Bunun üçün avqust ayında gündəlik hasilat 8,85 milyon barel ixtisar edilməli idi. Ancaq cəmi 7,8 milyon barel azaldıldı.

OPEC+ Texniki komitəsinin növbəti iclası oktyabrın 15-nə, Nazirlər Monitorinq Komitəsinin iclası isə 19-na təyin olunub/Report.