XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 23:44

Daha çox hansı ölkələrə məhsul ixrac edirik?- Siyahı

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın məhsul ixrac etdiyi və idxal etdiyi əsas ölkələr məlum olub.

Trend-in məlumatına görə, hesabat dövründə ixracın 32,1 faizini İtaliyaya, 18,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Çinə, 4,0 faizini Hindistana, 3,9 faizini İsrailə, 3,7 faizini Xorvatiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Gürcüstana, 3,0 faizini Ukraynaya, 2,5 faizini İspaniyaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, 1,5 faizini Vyetnama, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,4 faiz), Türkiyəyə (19,8 faiz), İsveçrəyə (10,4 faiz), Gürcüstana (8,1 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,0 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (0,9 faiz), ABŞ-a (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,7 faizi Türkiyə, 13,2 faizi Çin, 7,9 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla İtaliya və Ukrayna, 3,0 faizi Birləşmiş Krallıq, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, hər biri 1,8 faiz olmaqla Koreya və Fransa, 21,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.