2016-cı ilin yanvar-fevral aylarında əsas kapitala 1834,9 milyon manat məbləğində vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, istifadə olunmuş vəsaitin 1591,6 milyon manatı və ya 86,7 faizi məhsul istehsalı obyektlərinin, 142 milyon manatı (7,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 101,3 milyon manatı (5,5 faizi) isə ümumi sahəsi 269,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 593,8 milyon manatını və ya 32,4 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitin 1331,8 milyon manatı və ya 72,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.