XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 11:47

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi azalıb –Statistika

Bu ilin yanvar-avqust aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 594 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Gürcüstanın ümumi ticarət dövriyyəsində 8,5% payla Azərbaycan qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yerdə qərarlaşıb.

İllik müqayisədə Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 13% azalıb. (report)