XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 02:24

Rusiyada neft hasilatının maya dəyəri –Cəmisi, 2 dollar

molodsov

 

Rusiyada neftin hasilatının maya dəyəri bir barrel üçün orta hesabla 2 dollar, çətin hasil edilən ehtiyatlar və şelf layihələri üzrə isə 20 dollar təşkil edir. 

APA-nın məlumatına görə, energetika nazirinin müavini Kiril Molodsov “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.  

“Hasilat azaldıqda maya dəyəri artır, çünki xərclərin həcmi olduğu kimi qalır, hasil olunan neftin həcmi isə azalır”, – deyə nazir müavini bildirib.   

Ekspertlərin fikrincə, Rusiyada neftin hasilatının maya dəyəri Səudiyyə Ərəbistanının müvafiq göstəricisi ilə eynidir. Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, neftin qiyməti 15 dollara düşsə belə, ölkədə neft hasilatı gəlirli qalacaq.