XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 14:02

“SOCAR Trading”:"Pandemiya fəaliyyət metodlarımızı tam dəyişib"

Yeni növ koronavirus (COVID-19) pandemiyası fəaliyyət metodlarımızı və planlarımızı tamamilə dəyişib və “Azeri Light” (CIF) markalı neftin, demək olar, hamısı Asiyaya satılıb.

Bunu “Argus”a açıqlamasında “SOCAR Trading” şirkətinin icraçı direktoru Məryəm Almaszadə deyib.

Onun sözlərinə görə, bazar əsaslarının işləmədiyi bir vəziyyətdə baş verə biləcək ən pis hadisənin yüksək konsentrasiyalı riskin olduğu başa düşülür: “Fərqli ticarət platformaları və ssenarilərimizin olması və “SOCAR Trading”in Sinqapur, ABŞ və Avropada ofislərinin olması bizə nələrin baş verdiyini izah edir. Anlayırıq ki, xam neft, xüsusən istədiyimiz üçüncü tərəf xam neft üzrə bazarda mövqelər çoxdur”.

Şirkətin icraçı direktoru onu da əlavə edib ki, dünyanın daha aşağı karbonlu gələcəyə keçidinə baxmayaraq, “SOCAR Trading” qısa və ortamüddətli perspektivdə neftdə yüksək potensial görür, həmçinin maye və təbii qazın şirkətin gələcək fəaliyyətində böyük rol oynayacaq/APA.