XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2020 - 16:57

Azərbaycan Gürcüstandan diri heyvan idxalını azaldıb –Statistika İdarəsi

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana ümumi dəyəri 1,1 milyon ABŞ dolları olan 422,1 ton diri qoyun və keçi ixrac edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycan qonşu ölkədən qoyun və keçinin idxal həcmini 3,1 dəfə azaldıb.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 2 085,2 ton diri iribuynuzlu mal-qara da ixrac olunub. Məhsulun dəyəri 3,7 milyon ABŞ dolları təşkil edib. İllik müqayisədə məhsulun həcmində 35,6% azalma qeydə alınıb.