XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2020 - 21:12

Neftin qiyməti həftəni itkilərlə tamamlayır

Dünya birjalarında neft qiymətləri bu həftəni də itkilərlə keçirməyə yönəlib.

Azərtac xəbər verir ki, “qara qızıl”ın qiyməti tələbatdakı dəyişkənlik, Liviya və İraqda artan neft hasilatının əlavə tədarük yaradacağına dair narahatlıqlar fonunda ucuzlaşır. Beləliklə də artan tədarükün bazarlara mənfi təsir edəcəyinə dair narahatlıqlar neftin son 4 həftədə ardıcıl üçüncü həftəni də itkilərlə keçirməsinə səbəb olub.

Qeyd edək ki, hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 41,87 dollara, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 40,12 dollara alıcı axtarır.