XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 19:43

BVF pandemiyanın Avropa iqtisadiyyatına necə təsir edəcəyini- AÇIQLADI

“Yeni növ koronavirus (COVID-19) pandemiyası bir neçə Avropa ölkəsinin üçillik iqtisadi tərəqqisini heçə endirəcək”.

APA-Economics”in Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən verdiyi məlumata görə, bunu Fondun baş direktoru Kristalina Georgiyeva deyib.

O bildirib ki, pandemiya səbəbindən ən ağır zərbəyə Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa ölkələri məruz qalacaq, bu regionlarda cari il iqtisadi azalma ortalama 5,5% təşkil edəcək.

K.Georgiyeva qeyd edib ki, hazırda vəziyyəti yaxşılaşdırmaq üçün hədəflənmiş infrastruktura yönəlmiş investisiyalar prioritet olmalıdır. Bunun sayəsində qısamüddətli perspektivdə iş yerləri yaranacaq, uzunmüddətli perspektivdə isə iqtisadiyyatların qarşılıqlı əlaqəsi yaxşılaşdırılacaq və məhsuldarlıq artacaq.