XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 20:58

Vergi ödəyicilərinə 163 milyon manata yaxın maliyyə dəstəyi verilib –Açıqlama

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 29 268 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 119 024 fərdi (mikro) sahibkar, cəmi 148 292 vergi ödəyicisi müraciət edib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 275 765 işçini əhatə edən 29 268 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,77 mln. manat, o cümlədən 2-ci ay üzrə ödənilən vəsaitin məbləği 49,13 mln. manat təşkil edir. Sentyabrın 28-nə olan məlumata görə, 25 031 vergi ödəyicisinə 216 571 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 98,89 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 119 024 vergi ödəyicisindən müraciət daxil olub, 111 986 müraciət araşdırılaraq təsdiqlənib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,80 mln. manat təşkil edir. Sentyabrın 28-nə olan məlumata görə, artıq 63,70 mln. manat vəsaitin 107 256 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, sentyabrın 28-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 162 603,6 min manat məbləğində maliyyə dəstəyi göstərilib.