XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 09:56

Avropanın nəhəng bankları Rusiya avrobondlarını almaqdanimtina etdi

avropa bank

 

Nəhəng Avropa bankları Rusiya avrobondlarını yerləşdirməkdən imtina ediblər.

“The Wall Street Journal” mötəbər mənbəyə istinadən bildirir ki, bunlar Paribas, Credit Suisse, Deutsche Bank, HSBC и UBS banklarıdır.

Qəzet qeyd edib ki, Avropa bankları Brüsselin tövsiyəsini nəzərə alaraq bu addımı atıblar. Bundan əvvəl Avropa İttifaqı kredit təşkilatlarına müraciət edərək rusların dövlət istiqazlarını almaqdan imtina etməyə çağırmışdı.

Avropa İttifaqı banklara avrobondlarla bağlı sövdələşəmələrdə qadağa tətbiq etməyib. Rusiyaya qarşı sanksiyalarda bu nəzərdə tutulmayıb. Lakin Brüssel bu sövdələşmələrin nəticələri sonucda sanksiya siyahısında olan şirkətlərə çata biləcəyindən narahat olaraq bu addımı atıb.

Strateq.az