XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2016 - 12:34

Azərbaycanda ümumi daxili məhsulistehsalı azalıb

2016-cı ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 7888,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən real ifadədə 3,2 faiz az ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının azalması olub.

Bu dövrdə ümumi daxili məhsulun 38,1 faizi sənayedə, 13,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,7 faizi tikintidə, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə sahələrində, 13,6 faizi isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.

Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 822,3 manat (521,4 ABŞ dolları) təşkil edib.