XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2020 - 10:13

“Azeri Light” nefti həftə ərzində 3 dollardan çox ucuzlaşıb –Qiymət

Ötən həftə ərzində (28 sentyabr – 2 oktyabr) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin orta qiyməti 3,2 ABŞ dolları və ya 7,62% azalıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 40,29 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 42,04 dollar təşkil edib, ən minimal göstərici isə 38,84 dollar səviyyəsində olub.