XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 October 2020 - 10:24

ABŞ İranın maliyyə sektoruna qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ hökuməti İranın maliyyə sektoruna qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Bu barədə “Washington Post” məsələnin müzakirəsi ilə tanış olan üç mənbəyə istinadən yazır.

Nəşrin həmsöhbətlərinin fikrincə, ABŞ Prezidentinin Administrasiyası tərəfindən İrana qarşı tətbiq olunacaq yeni maliyyə sanksiyalarına dair verilən qərar bir neçə banka təsir edəcək. Əvvəllər bu kredit təşkilatları ABŞ-ın əlavə sanksiyalarına məruz qalmayıb.

Qəzetin yazdığına görə, yeni məhdudlaşdırıcı tədbirlər planının bu gün, 8 oktyabr tarixində elan olunacağı planlaşdırılır.

Bundan başqa, ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaların tətbiq edilməsi və silah embarqosunu bərpa olunmasına dair fərmanın imzalandığı da bildirilir.