XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

26 Mart 2016 - 11:11

Azərbaycanlı iş adamının məhsullarıdünya birinciliyində qızıl medal aldı

Avstriyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Rauf Kamil rəhbərlik etdiyi müəssisədə istehsal olunan məhsullar vasitəsilə satış şəbəkəsini genişləndirməklə yanaşı, beynəlxalq müsabiqələrdə də uğurlarının sayını artırmaqdadır.

Avstriyanın Ştiriya əyalətində spirtli içkilər üzrə dünya birinciliyində (“WORLD SPIRITS 2016”) həmyerlimizin istehsal etdiyi məhsullar qızıl medala və digər təltiflərə layiq görülüb. “Baku” arağı ikiqat qızıl, “Oligarch Gold Vodka-Safran” və “Azerbaijan Gold Vodka” araqları isə qızıl medal qazanıb.

Məhsul istehsalında yeni metod və kreativ üsullardan istifadə edən Rauf Kamilin əsas məqsədlərindən biri Azərbaycan adını tanıdan məhsulları Avropa bazarlarına çıxarmaqdır(azərtac).