XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 20:16

BVF: Azərbaycan iqtisadiyyatı gələn il 2% artacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artım tempi 2% təşkil edəcək.

Bu barədə BVF-nin “World Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir.

Hesabatda həmçinin qeyd olunub ki, bu il Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 4% azalacaq.

Qeyd edək ki, fond  iyunda 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,2% azalacağını, 2021-ci ildə isə 0,7% artacağını gözləyirdi.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda ÜDM istehsalı 2,2% artıb. (apa)