XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2020 - 16:30

Bu il qlobal neft tələbatı gündəlik 91,7 milyon barrel olacaq- Beynəlxalq Enerji Agentliyi

Cari ildə qlobal neft tələbatının əvvəlki ilə görə 8 milyon 400 min barrel azalaraq sutkada 91 milyon 700 min barrel olacağı nəzərdə tutulur.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

IEA-ya görə, bu il neftə olan gündəlik tələbatda 33 milyon 600 min barrel ilə Asiya-Sakit Okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə 28 milyon 600 min barrellə Amerika qitəsi və 13 milyon 400 min barrel ilə Avropa qərarlaşacaq.

Gələn il isə neft tələbatının orta hesabla 6 milyon barrel artaraq gündəlik 97 milyon 200 min barrelə çatması gözlənilir. Tələbatın 35 milyon 600 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon 600 min barreli Amerika qitəsində, 14 milyon 300 min barreli Avropada formalaşacaq.