XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2020 - 11:06

“Bloomberg”:"Almaniya iqtisadiyyatı durğunluq dövrünü yaşayır"

Avropa İttifaqı ölkələrinin əsas iqtisadiyyatı sayılan Almaniya iqtisadiyyatı durğunluq dövrünə daxil olub.

Bu barədə “Bloomberg” agentliyi Almaniyadakı beş aparıcı tədqiqat institutunun proqnozuna istinadən yazır.

Bildirilir ki, koronavirus pandemiyasından sonra ölkədə ÜDM-in bərpa tempi yavaşlayır.

Ekspertlərin hesablamalarına görə, bu il Almaniya iqtisadiyyatı 5,4% azalacaq, növbəti 2021-ci ildə isə 4,7% artacaq. Bu proqnoz iqtisadçıların bu yaz təqdim etdiyi proqnozdan daha pisdir. Belə ki, daha öncə Almaniya iqtisadiyyatının 2020-ci ildə 4,2% enəcəyi, 2021-ci ildə isə 5,8% yüksələcəyi proqnozlaşdırılırdı.

Ötən gün Almaniya kansleri Anqela Merkel ölkə iqtisadiyyatının koronavirus pandemiyası ilə bağlı ikinci “lock down”a tab gətirməyəcəyini deyib: “Ümumiyyətlə, biz indi həlledici nöqtədəyik – əvvəllər etdiyimiz işin kifayət edib-etmədiyini qiymətləndirmək həqiqətən çətindir. Biz insanları epidemiya bölgələrdən lazımsız səyahətlərdən çəkinməyə çağırırıq”/APA.