XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

25 Yanvar 2015 - 05:19

İran ABŞ dollarını sıradan çıxarmağa çalışır

 

Dolar değil Türk Lirası kullanıyoruz

 

 

2012-ci ildən etibarən Çinlə bütün ticari və iqtisadi əlaqələrini iki dövlətin pul vahidi üzərindən həyata keçirən İran, deyəsən, ABŞ dollarına qarşı bu siyasətini daha da genişləndirmək istəyir. Ölkənin Mərkəzi Bankının sədr müavini Qulamalı Kəmyabın mətbuata verdiyi açıqlamasından belə çıxır.

Bank yetkilisinin bildirdiyinə görə, İran artıq xarici ölkələrlə ticarət və maliyyə əməliyyatlarında Türkiyə lirəsi, Çin yuanı, Rus rublu, Cənubi Koreya vonu və evro kimi digər pul vahidlərindən istifadə edir. Kemyab İranın bəzi ölkələrlə valyuta mübadiləsində də eyni qaydadan yararlanmağı planlaşdırdığını dilə gətirərək, bu planın ölkələr arasındakı ticarət və iqtisadi əməliyyatları asanlaşdıracağına inandığı bildirib.