XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 20:43

Dünya Bankı:"Bu il Azərbaycanda istehlak bazarı 5,2% azalacaq"

Dünya Bankı bu il Azərbaycanda istehlak bazarının 5,2% azalacağını proqnozlaşdırır.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında qeyd olunub.

Bildirilir ki, 2021-ci ildə bu göstərici 1,3%, 2022-ci ildə isə 2,2% artacağı gözlənilir. Halbuki Dünya Bankının cari ilin aprel proqnozunda Azərbaycanda istehlak bazarının 2020-ci ildə 0,5%, 2021-ci ildə 3,2%, 2022-ci ildə isə 3,3% artacağını bildirirdi.

Qeyd edək ki, istehlak bazarı Azərbaycandakı istehlakçıların şəxsi tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәrini əhatə edir.

Xatırladaq ki, 2019-cu ildə ölkədə istehlakçıların 50,7 mlrd. manat dəyərində məhsullar və xidmətlər alıb. Bu da 2018-ci il ilə müqayisədə 3,6% çoxdur.

Ən son statistik məlumatlara əsasən, 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak bazarı illik ifadədə 7,5% azalaraq 29,4 mlrd. manat təşkil edib/APA.