Vergilər Nazirliyi 2015-ci il aprel ayı üçün Nazirliyin çağrı Mərkəzi ilə bağlı məlumatları açıqlayıb
Aprel ayı ərzində çağrı Mərkəzi 19727 zəng qəbul edib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 26,98% çoxdur.
Daxil olan müraciətlər daha çox Vergi Məcəlləsinin ümumi hissəsi ilə bağlı olub. Bu müraciətlərin 39,47% isə vergi qanununvericiliyinin pozulmasına görə məsuliyyətlə bağlı olub. Müraciətlərin 32.83% isə vergi orqanlarının qərarlarından (aktlarından) onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi ilə bağlı olub.
Strateq.az