XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 14:57

Azərbaycanın neft ÜDM-i gələn il 4,5% azalacaq, qeyri-neft ÜDM-i 3% artacaq –BVF

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, bu il Azərbaycanda neft ÜDM-i 4,5% azalacaq.

Bu barədə BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi “Regional Economic Outlook” hesabatının oktyabr buraxılışına deyilir.

Qeyd olunub ki, 2021-ci ildə Azərbaycanın neft ÜDM-in 0,2% artacağı proqnozlaşdırılır. Xatırladaq ki, Fondun aprel proqnozları 2020-ci il üzrə 2,5% azalma, 2021-ci il üçün isə 0,2% artım vəd edirdi.

Bundan başqa, Fondun proqnozlarına görə, Azərbaycanda bu il qeyri-neft ÜDM istehsalı 3,8% azalacaq, 2021-ci ildə isə 3% artacaq. BVF aprel proqnozu ilə müqayisədə oktyabr proqnozunu yaxşılaşdırıb. Belə ki, apreldə Fonf Azərbaycan qeyri-neft ÜDM-in 2020-ci ildə 2% azalacağını, 2021-ci ildə isə cəmi 1% artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda neft ÜDM-i 5,5% azalaraq 31 289,2 mln. manat, qeyri-neft ÜDM-i isə 3,5% artaraq 50 391,8 mln. manat təşkil edib. (BVF)