XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2020 - 19:13

Gəmiçilik sənayesi risk altındadır –“BloombergNEF”:

Bərpaolunan enerji mənbələrinin istifadəsindəki artım bir çox sektoru dəyişdirəcək və bunlardan biri də gəmiçilik sənayesidir.

AZƏRTAC xəbər verir ki, bu barədə “BloombergNEF”in təhlilində deyilir.

Məlumata görə, gəmi nəqliyyatı ilə qət edilən millərin üçdəbiri ənənəvi yanacaqların daşınması üçün həyata keçirilib. Həmin ənənəvi yanacaqlarda neftin payı isə 70 faiz civarındadır.

Bərpaolunan enerji mənbələrinin istifadəsi neft, qaz və kömürün bazar payını azaltdığından, bu, ənənəvi yanacaq növlərini daşıyan tanker şirkətlərinin qazancına ciddi şəkildə təsir edəcək.

“BloombergNEF”in baş iqtisadçısı Seb Hendest deyib: “Gəmilərə və dəmir yollarına olan tələbatda çox güman ki, yeni bir müqayisə mərhələsi olacaq. Bu daha az enerji istehlakı və daha az karbon emissiyası deməkdir”.