XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Mart 2016 - 12:17

Bank sektorununkredit portfelində 14 faiz artım olub

merkezi bank

Mərkəzi Bankın məlumatına görə, fevralın 1-nə Azərbaycanın bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21186,2 milyon manat təşkil edib. Bunun 16165,2 milyon manatı uzunmüddətli kreditlər olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,2 faizini təşkil edib.

Eyni zamanda, bu müddətdə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8643,3 milyon manat olub.