XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 16:58

“OPEC+ ölkələri razılığa gəliblər –Neft hasilatının azaldılması ilə bağlı

“OPEC+ ölkələri sazişin icrasını tam şəkildə yerinə yetirməyə davam etməklə bağlı razılığa gəliblər”.

Bunu Rusiyanın Energetika naziri Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, OPEC+ Monitorinq Komitəsi nazirlərinin növbəti iclası noyabr ayında keçiriləcək. Həmin görüşdə oktyabr ayının nəticələrinə yekun vurulacaq və mövcud vəziyyət qiymətləndiriləcək.

A.Novak qeyd edib ki, sentyabrda neft hasilatının azaldılması ilə bağlı OPEC+ sazişi üzrə öhdəliklər 102% icra edilib: “Saziş şərtlərinin yüksək səviyyədə yerinə yetirilməsi xüsusilə ikinci rübdə tələbin əhəmiyyətli dərəcədə azaldığı zaman bazarın sabitləşməsinə müsbət təsir göstərib”.

Xatırladaq ki, yenilənmiş OPEC+ sazişi mayın 1-də qüvvəyə minib. O, alyans ölkələri tərəfindən may-iyul aylarında neft hasilatında gündəlik 9,7 milyon barel azalmanı nəzərdə tutur. Rusiya və Səudiyyə Ərəbistanı, razılaşmaya əsasən, neft hasilatını bərabər hissələrlə – 11 milyon barel/gün baza səviyyəsindən gündəlik 2,5 milyon barel azaldıb. Razılaşma iki il qüvvədə olacaq, amma 2020-ci ilin avqustundan dekabr ayına qədər ittifaq daxilində ixtisar artıq gündəlik 7,7 milyon barelə, 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna qədər – 5,8 milyon barelə düşəcək. Müqavilənin parametrləri 2021-ci ilin dekabrında yenidən nəzərdən keçirilə bilər/Report