XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2020 - 23:40

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş bahalaşıb- Qiymət

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Trend-in məlumatına görə, oktyabrın 20-də qızılın qiyməti oktyabrın 17-i ilə müqayisədə 2,9325 manat (0,09 faiz) azalaraq 1 unsiya üçün 3 231,904 manat təşkil edib.

Gümüş 0,4091 manat (0,99 faiz) bahalaşaraq 1 unsiya üçün 41,5874 manata bərabər olub.

Platinin qiyməti 17,816 manat (1,21 faiz) azalaraq 1 458,243 manat, palladiumun qiyməti 7,5395 manat (0,19 faiz) azalaraq 3 997,533 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 86,5045 manat (2,6 faiz) ucuzlaşıb, gümüş 4,4352 manat (9,6 faiz) ucuzlaşıb, platin 145,01 manat (9 faiz) ucuzlaşıb, palladium 13,668 manat (0,3 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 696,1925 manat (27,5 faiz) bahalaşıb, gümüş 11,7922 manat (39,6 faiz) bahalaşıb, platin 48,569 manat (3,2 faiz) ucuzlaşıb, palladium 1 000,892 manat (33,4 faiz) bahalaşıb.