XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 May 2015 - 09:19

ABŞ hegemonluğuna qarşı Çindən daha bir addım – Təhlil

Səmalar ölkəsi dünyanın ikinci böyük birja ölkəsi olacaq

Tarixdə ilk dəfə olaraq Nyu-York birjasının ciddi rəqibi meydana çıxa bilər. Məsələ burasındadır ki, çinin fond bazarları tezliklə xarici aləmə açılacaq və birləşəcək. Bununla da heç bir yatırımçının etinasız qala bilməyəcəyi maliyyə meydançası ortalığa çıxacaq.

Müvafiq rəsmi məlumat artıq cari rübdə dərc edilməlidir. Hətta kimsə cari aydan danışır, kimsə ümumiyyətlə deyir ki, birləşmə haqda qərar artıq qəbul edilib və yalnız bunun rəsmən elan edilməsini gözləmək qalır.

Bir şey aydındır: yaxın gələcəkdə Şençjen birjası da Honqkonq birjası ilə birlikdə Şanxay birjası ilə birbaşa bağlantı əldə edəcək. Və bu, çində miqyasına görə Uol-stritlə müqayisə ediləcək yeni qiymətli kağızlar dünya ticarət mərkəzinin meydana çıxmasına növbəti, ya da tam qəti bir addım olacaq.

“Allianz Global Investors”-ın baş strateqi Kristina çun bu planı alqışlayır və onu iki böyük şəhəri birləşdirən avtoyolla tutuşdurur. Onun sözlərinə görə, onda hər şey tez və sürətlə baş verəcək: “Bu, əsil sıçrayış olardı”.

çünki Honqkonq, Şanxay və Şençjen birjalarının birləşərkən ümumi kapitalı 13 trilyon dollar olan vahid fond bazarı yaranardı. Düzdür, Nyu-York birjası istənilən halda 16,5 trilyon dollar kapitallaşma ilə dünyanın ən iri birjası olaraq qalacaq. Hələ bu məbləğə NASDAQ elektron birjasının kapitallaşması da əlavə edilsə, ona Amerika fond bazarının tam 25 trilyon dollardan ibarət olduğu məlum olur!

çin birjaları Uol-strit üçün ciddi rəqib kimi

Bununla belə, belə olsa, çində ilk dəfə olaraq Uol-strit üçün cidd rəqib ortalığa çıxa bilər. çünki dünyanın qalan bütün ticarət meydançaları önəminə görə ondan əsaslı şəkildə aşağıdır. Böyüklüyünə görə dünyada üçüncü olan Tokio birjası cəmi dörd trilyon dollardan bir az artıq kapitallaşmaya malikdir. Frankfurt birjasınınkı isə heç iki trilyona da çatmır.

çin bazarı indiyədək yetərincə böyük və əhəmiyyətli olub, lakin Səmalar ölkəsindəki ticarət uca hasarların arxasında – qalan dünyadan təcriddə həyata keçirilib və həm də üç hissəyə bölünüb. Şanxay və Şençjendə ən çox çinlilər alver emək hüququna sahib idi, əcnəbilərə isə birjaya giriş, əslində, qapalı idi. Honqkonqda isə, əksinə, ancaq əcnəbilər ticarət edirdi, çinlilərin isə ora birbaşa vəsait qoymaq hüququ yox idi.

Lakin keçən ilin noyabrında Şanxay və Honqkonq birjaları arasında Stock Connekt proqramı çərçivəsində ilk əlaqə quruldu. Beləliklə, bütün dünyanın yatırımçıları Honqkonq birjası vasitəsilə Şanxayda da aksiya aıb-satmaq imkanı əldə etdilər. Düzdür, ticarətin gündəlik həcmi barədə məhdudiyyətlər var, lakin bunlar yetərincə liberaldır. Bundan başqa, iki birjaya hələ Şençjen birjası da birləşsə, maksimal həcm daha da artacaq.

çinin fond birjasında hakim mövqe tutacağı gün yetişir

Yalnız Şanxay bazarının açılışı artıq yatırımçılar arasında eyforiya doğurub: uyğun qərar qəbul edilərkən keçən ilin yayından səmhlərin kursu, demək olar, iki dəfə artdı. Bənzər tendensiya Şençjendəki birjanın da beynəlxlaq yatırımçılar üçün açıq olacağı gözləntisi ilə orada da müşahidə olundu.

Bu bum onunla bağlıdır ki, çin səhmlərini təkcə əcnəbilər almır. Bundan başqa, səhmlər tezliklə rəsmən kürəsəl fond bazarının, yəni kürəsəl fond indekslərinn bir hissəsi ola bilər.

Onlarda indiyədək çin səmhləri nəzərə alınmırdı, çünki səhmlər bu və ya digər indeksə daxil edilmək üçün azad dövriyyədə olmalıdır – istənilən yatırımçının istənilən anda və heç bir məhdudiyyətsiz bu və ya digər səhmi almaq və yaxud satmaq imkanı olmalıdır.

Kristina çun deyir: “Amma indi imkan olacaq ki, Şanxayda alınıb-satılan səhmlər Şençjen birjasının indeksinə daxil edilsn”.

Və bunun ciddi nətcələri olacaq. Axı dünyaın bütün birjalarının kapitalllaşma məbləğinin tam 19%-i və inkişaf eməkdə olan ölkələrin bazarlarının kapitallaşmasının 40%-i çin səhmlərinin payına düşür. Belə olan halda çin səhmlər bazarında bu gün eynilə ABŞ-ın hökm sürdüyü kimi üstünlük edə bilər.

İndeks fondları: bütün yollar çinə aparır

Son zamanlar xüsusən yatırımçılar və əmanətçilərin olduqca xoşuna gələn indeks fondları da idarələrində olan vəsaitlərin önəmli hissəsini Səmalar ölkəsinin bazarına qoyacaq. Lakin pulların bölünməsi üzrə nisbətən geniş imkanlara maik olan fond menecerləri də çindən yan ötə bilməzlər. çünki müqayisəli indeksdə Səmalar ölkəsinin payına 18% düşürsə, bütün dünyadakı yatırımlarla məşğul olan menecer, güman ki, daha aşağı qiymət təklif edə bilər. Lakin çinin qiymətli kağızlarına tamamilə məhəl qoymaya bilməz.

Artıq iyunun 9-da dünyanın ən böyük birja brokerlərindən biri MSCI çin fond bazarının işi barədə məlumatların onun indeksinə daxil edilib-edilməyəcəyi haqda bilgi verəcək.

Goldman Sachs bankının ekspertləri müsbət qərar qəbul edilməsi şansını 50:50-yə kimi qiymətləndirirlər. Lakin bu, indi baş verməsə, onda bir ildən sonra dəqiq baş tutacaq.

Kristina çun hesab edir ki, çin fond bazarının dünya bazarına inteqrasiyası tədricən baş verəcək. Lakin hətta bu da ciddi nətcələr doğuracaq. “Goldman Sachs” bankı gözləyir ki, çin səhmlərinə qoyulmuş xarici kapitalın payı on il ərzində ildə 17 milyard dollar artacaq.

Lakin bu hələ hamısı deyil. çin paralel olaraq bütün dünya üçün özünün dövlət istiqrazları bazarını da açacaq. Artıq bu il onda tam 250 milyard dollar məbləğində borc qəbzləri yeləşdirilə bilər. Bu ən yaxın illərdə 1,5 trilyon və daha çox dollara yüksələ bilər.

Və nəhayət, Honqkonq birjası indi artıq növbəti addıma hazırlaşır: birja rəhbərliyi Tayvan səhmləri hesabına bazarı genişləndirmək məqsədilə lap bu günlərdə Taybey birjası ilə danışıqlara başlayıb. Bu plan həyata keçsə, çin qəti və dönməz şəkildə dünya fövqəldövlət birjasına çevrilmək yoluna çıxacaq.

Frank Ştokker

“Die Welt” (Almaniya), 21.05.2015