XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2020 - 20:44

Azərbaycanda qızıl və gümüş bahalaşıb- Qiymət

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, oktyabrın 21-də qızılın qiyməti oktyabrın 20-i ilə müqayisədə 30,685 manat (0,95 faiz) artaraq 1 unsiya üçün 3 262,589 manat təşkil edib.

Gümüş 1,084 manat (2,61 faiz) bahalaşaraq 1 unsiya üçün 42,6714 manata bərabər olub.

Platinin qiyməti 43,129 manat (2,96 faiz) artaraq 1 501,372 manat, palladiumun qiyməti 104,5755 manat (2,62 faiz) artaraq 4 102,1085 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 58,157 manat (1,8 faiz) ucuzlaşıb, gümüş 2,9387 manat (6,4 faiz) ucuzlaşıb, platin 96,441 manat (6 faiz) ucuzlaşıb, palladium 38,7515 manat (1 faiz) bahalaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 730,116 manat (28,8 faiz) bahalaşıb, gümüş 12,8156 manat (42,9 faiz) bahalaşıb, platin 17,1955 manat (1,1 faiz) ucuzlaşıb, palladium 1 092,437 manat (36,3 faiz) bahalaşıb.