XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 11:28

BVF:Avropa iqtisadiyyatı bu il 7% azalacaq

Beynəlxalq Valyuta Fondu (BVF) bu il COVID-19 pandemiyası və onun səbəb olduğu məhdudlaşdırıcı tədbirlər fonunda Avropa iqtisadiyyatının 7% azalacağını proqnozlaşdırır. Fond iyun ayında Avropada ÜDM-in 8,5% azalacağını proqnozlaşdırırdı.

Bu barədə BVF-nin “Regional Economic Outlook” hesabatının oktyabr buraxılışında deyilir.

Fond qeyd edir ki, 2021-ci ildə region iqtisadiyyatının bərpa olaraq 4,7% artacağı gözlənilir. Xatırladaq ki, iyun proqnozu daha optimistik göstəricini vəd edirdi – 5,4%. Regionda inflyasiyanın bu il 2%-dək yavaşlayacağı proqnozlaşdırılsa da (iyun proqnozu 1,9%), 2021-ci ildə 2,4%-ə çatacağı gözlənilir (iyun proqnozu 2,3%).

Qeyd edək ki, bu il Avropada ən kəskin ressesiyanın İspaniya və Monteneqroda yaşanacağı gözlənilir. Fondun proqnozlarına əsasən, 2020-ci ildə sözügedən ölkələrdə ÜDM-in azalma tempi müvafiq olaraq 12,8% və 12% təşkil edəcək. Gələn il isə artım baş verəcək – müvafiq olaraq 7,2% və 5,5%. BVF-ə görə, böhranın regionda ən az təsir edəcəyi ölkələr Litva və Serbiya olacaq. 2020-ci ildə bu ölkələrdə ÜDM müvafiq olaraq 1,8% və 2,5% azalacaq, gələn il isə 4,1% və 5,5% artacaq/APA.