XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 15:18

Rusiyanın neft-qaz gəlirləri bir ildə 36% azalıb –Statistika

Rusiyanın federal büdcəsinin neft-qaz gəlirləri bu ilin 3 rübü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 36% azalıb.

Bu barədə Rusiyanın “Ali İqtisadiyyat Məktəbinin” Milli Tədqiqat Universitetinin “Dövlət və Biznes haqqında şərhləri” bületenində deyilir.

Bu ilin yanvar-sentyabr ayları ərzində neft və qazın satışından əldə edilən daxilolmalar 6 trilyon rubl təşkil edib. Federal büdcənin xərcləri isə 15 trilyon rubla bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% çoxdur. Xərclərin artmasına səbəb koronavirus pandemiyası ilə mübarizə üçün maliyyələşmənin artması ilə bağlıdır. Bununla belə, gəlirlər 12% azalaraq 13,2 trilyon rubl təşkil edib.

Büdcə kəsiri 1,8 trilyon rubl təşkil edib. Mütəxəssislər qeyd edirlər ki, illik xərclərin təxminən 40%-i isə IV rübə düşəcək.

Bu ilin yanvar-avqust aylarında Rusiyanın neft ixracından gəlirləri isə, təxminən, 40% azalıb.

Qeyd edək ki, yanvar-sentyabr aylarında “Urals” neftinin bir barelinin qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 36%, yəni 64,15 ABŞ dollarından 40,85 ABŞ dollara düşüb. Rusiyanın “Sokol” nefti isə Çin tərəfindən zəif tələbatı səbəindən may ayından bəri minimuma qədər ucuzlaşıb/Report.