XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

06 Mart 2015 - 19:46

“SOCAR heç bir layihəni dayandırmayacaq”
Dünya bazarlarında neftin ucuzlaşması Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən reallaşdırılan layihələrə təsir etməyəcək.
Bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
R. Abdullayev deyib ki, xarici layihələrin maliyyələşməsində heç bir problem yoxdur: “Azərbaycanda reallaşdırılan layihələrin isə maliyyə mənbələri məlumdur. Bu Karbomid zavodu, SOCAR Polipropilen zavodu, Neft-Qaz emalı zavodudur. Neft-Kimya Kompleksinin tikintisi də davam etdirilir. Bir sözlə, işlər plana uyğun gedir”.
SOCAR rəhbəri deyib ki, şirkət iştirakçısı olduğu heç bir iri layihədə öz payını digər investorlara satmaq niyyətində deyil (APA).