Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,03 dollar yaxud 0,08% bahalaşaraq 39,77 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 0,02 dollar və ya 0,05% ucuzlaşaraq 40,67 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 45 dollar/barel olacağı gözlənilir.