XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 10:48

Nazirlik:"Neft qiymətlərinin 10 dollara düşməsinə heç bir səbəb görmürük"

Neftin bir barelinin qiymətinin 40-55 ABŞ dolları civarında olduğu təqdirdə, “qara qızıl”ın tarixi istehsal səviyyəsi bərpa ediləcək.

Bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin deyib.

“Qiymətlərin yenidən 10 dollara, yəni istehsalın rentabelliyini təmin etməyəcək səviyyəyə düşməsi üçün heç bir səbəb görmürük”, – deyə P. Sorokin qeyd edib.

Qeyd edək ki, “Brent” markalı etalon neftinin bu ilin aprelində qeydə alınan minimal göstərici 15,98 dollar səviyyəsində olub. Bu, “OPEC+” alyansının üzvlərini neft hasilatının məhdudlaşdırılması ilə bağlı yeni qərarlar qəbul etməyə məcbur edib/APA.