XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2020 - 18:09

Neft bazarında qiymətlər yenidən qalxır –Detallar

Dünya fond bazarlarında qeydə alınmış əhəmiyyətli artımdan sonra neftin qiymətləri də artmağa başlayıb.

Məlumata görə, bu gün Bakı vaxtı ilə saat 14:21-də “Brent” markalı neftin yanvar fyuçersləri 3,21 faiz bahalaşaraq 40,22 ABŞ dollarından, WTI markalı neftin dekabr fyuçersləri isə 3,4 faiz bahalaşaraq 38,06 ABŞ dollarından satılıb.

Qeyd edək ki, bu gün Avropa birjalarında neft orta hesabla 2 faiz artıb, ABŞ birjalarında da müsbət cərəyan qeydə alınıb. Bu artım daha çox ABŞ-da prezident seçkiləri ilə əlaqədardır.

Bununla yanaşı, ABŞ dollarının başqa nüfuzlu pul vahidlərinə qarşı ucuzlaşması da neft və s. xammal məhsullarının qiymətlərinə müsbət təsir göstərir. Belə ki, bu gün dolların indeksi 0,52 faiz azalıb. Həmçinin “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair razılaşma şərtlərinin növbəti dəfə yumşaldılmasını gələn ilin birinci rübünün axırınadək təxirə salmaq məsələsinə dair dünən Rusiyanın energetika naziri Aleksandr Novak ölkənin neft şirkətləri rəhbərləri ilə müzakirə edib.

Xatırladaq ki, OPEC+ ölkələri hasilatı bu ilin may ayının 1-dən 9,7 milyon barel, avqustun 1-dən ilin sonunadək 7,7 milyon barel, daha sonra 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmaq razılığına gəlmişdilər.

Növbəti hasilat artımının gələn ilin yanvarın 1-dən daha sonrayadək təxirə salınması ehtimalını şərh edən SEB-in eksperti Bjarne Schieldrop qeyd edib: “Bu gün və sabah hamının gözü ABŞ seçkilərində olacaq. Yanvarın əvvəlindən əlavə gələcək gündəlik 1,9 milyon barelin narahatlığı olmasaydı, bazarın arxayınlaşacağını qətiyyətlə söyləmək olar”/Report.