XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2020 - 00:25

“OPEC+” neft istehsalının artırılması üzrə planı yenidən nəzərdən keçirir

OPEC-ə üzv və qeyri-OPEC ölkələr (“OPEC+”) xam neft hasilatının artırılması üzrə planı yenidən nəzərdən keçirir.

Rusiyanın Energetika naziri Aleksandr Novak yerli istehsalçılarla görüşərək hasilat məhdudiyyətlərinin artırılmasının 3 ay təxirə salınmasını müzakirə edib.

“OPEC+” isə tələbatın azalması fonunda yanvar ayından etibarən neft istehsalının gündəlik 2 milyon barrel artırılmasını nəzərdə tutan planı yenidən nəzərdən keçirir.

Neft bazarlarını qiymətləndirən “Trafigura Group” şirkətinin prezidenti Jeremy Weir epidemiyanın ikinci dalğası ilə qlobal neft tələbatının sutkada 88-89 milyon barrelə düşəcəyini bildirib.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə isə bu göstərici 2019-cu ildəki səviyyədən 10 faiz aşağıdır.

Qeyd edək ki, OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti toplantısı noyabrın 17-də keçiriləcək.

“OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 milyon barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkada xam neft hasilatını 133 min barrel azaldıb. Bununla da Azərbaycan sentyabrda “OPEC+” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib.

“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, “Azəri-Çıraq-Günəşli”də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (“Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır.

Xatırladaq ki, 12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir(azərtac).