XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2020 - 14:19

Gürcüstan Milli Bankı:"Ermənistanın iqtisadi vəziyyəti daha da ağırlaşır"

Ermənistanda koronavirus (COVID-19) pandemiyasına görə yaranmış iqtisadi problemlər Dağlıq Qarabağ münaqişəsinin güclənməsi ilə daha da ağırlaşır.

Bu barədə Gürcüstanın Milli Bankının noyabr ayı üzrə monetar siyasət üzrə hesabatında bildirilir.

Sənədə əsasən, bu ilin III rübündə Ermənistanda iqtisadi artım templəri əhəmiyyətli dərəcədə yavaşlayıb, investisiyalar, ticarət və sənaye istehsalı azalıb.

“Ermənistan iqtisadiyyatına Rusiyada iqtisadi vəziyyətin pisləşməsi də mənfi təsir göstərib. Son vaxtlar ölkənin xarici ticarətində də problemlər yaranıb, ixracın templəri xeyli azalıb, idxal isə artıb”, – deyə qurum bəyan edib.

Hesabatda qeyd olunub ki, Beynəlxalq Valyuta Fondu Ermənistanda 2020-ci il üçün 4,5% iqtisadi azalma, 0,9% illik inflyasiya proqnozlaşdırıb/Report.