XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 13:05

İran və Türkiyə qaz müqaviləsinin uzadılmasına dair danışıqlara başlayır –Açıqlama

İran qaz ixracı müqaviləsinin uzadılması ilə bağlı Türkiyə ilə danışıqlara başlayır.

Məlumata görə, İranın neft nazirinin müavini Həsən Muntəzir Türbəti Türkiyəyə qaz ixracı müqaviləsinin uzadılması ilə bağlı yaxın vaxtlarda danışıqların başlayacağını açıqlayıb.

İranlı nazir müavini ötən gün Fars vilayətində 181 qaz tədarükü layihəsinin açılış mərasimində jurnalistlərə açıqlamasında deyib ki, Türkiyəyə qaz ixracatı əvvəlki müqaviləyə əsasən davam edir və yaxın vaxtlarda müqavilənin uzadılması üçün danışıqlara başlanacaq.

O əlavə edib ki, Türkiyə ilə mövcud müqavilə əsasında qaz ixracı həyata keçirilir: “Qara dənizdə yeni qaz yataqlarının kəşf edilməsinin də bizim müqaviləyə heç bir təsiri yoxdur və bu, Türkiyənin ehtiyacları ilə müqayisədə əhəmiyyətli rəqəm deyil. Həmçinin, yaxın vaxtlarda müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayacağıq”.

Türbəti Əfqanıstana qaz ixracı barədə də danışıb: “İlkin layihə hazırlanıb və diplomatik yazışmalar davam edir. Əfqanıstana qaz ixracı məsələsində özəl sektor əsas götürülür, bununla belə, infrastrukturu hazırlamışıq”/APA.