XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2020 - 16:22

Rusiyanın neft ixracından gəlirləri azalıb –40.3 faiz

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın neft ixracından gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40,3% azalaraq 54,6 mlrd ABŞ dolları təşkil edib.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında deyilir.

Sentyabr ayında Rusiya neftinin ixrac həcmləri avqust ayına nisbətdə 12% artaraq 18,4 mln tona çatdırılıb. Pul ifadəsində tədarükün həcmi 9,1% artıb və 5,34 mlrd ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan neftin tədarükünün fiziki həcmi 10% azalaraq 179,7 mln ton təşkil edib/Report.